Afsana Shukur

İmtahanda necə uğurlu olaq?

İnsanoğlunun ən təbii və ən təməl duyğularından biridir qorxu. Hər birimizin fobiyaları fərqlidir. Həyatımız boyu müxtəlif çətinliklərlə qarşılaşırıq. Bəzən buna “sınaq”,”imtahan” deyirik. Uğur qazanmaq üçün vacib olan sınaqlardan keçməli oluruq. Bəzilərimiz bu öhdəliyi uğurla başa vurur,bəzilərimiz isə müxtəlif səbəblərdən yarı yolda qalırıq. İndiki mövzumuz səbəbləri araşdırmaq deyil,onu yaradacaq amilləri dəf etməkdir. 
 
Bu həyatda vacib saydığımız imtahanlardan biri qəbul imtahanıdır.11 illik təhsilini başa vuran gənclər yeni həyata addımlamaq,parlaq gələcək qurmaq niyyəti ilə universitetə qəbul imtahanı verirlər. İmtahan gününə qədər uzun bir yol keçən gənclər, həmin günü böyük maraqla, bir o qədər də həyəcanla keçirirlər.Bizim üçün vacib olan həmin gün deyil, həmin günə qədər keçilən günlərdir.Çünki həmin günlər imtahanın necə keçəcəyini bilməyimizə əsas verir. Bəli, düz oxudun. İmtahan müddətinə qədər əgər gərgin,həyəcanlı,qorxulu bir hiss yaşamısansa əmin ol ki, imtahan günü də eyni mənfi emosiyalarda olacaqsan və heç bir neqativ düşüncə səni müsbət nəticə almağına yardımçı olmayacaq. ”Bu bizim üçün önəmli olduğu halda necə gərgin olmayaq?” sualını eşidir kimiyəm. Məhz vacib olduğu üçün həyəcanını bir kənara atsan və bilsən ki, bu sənə yardım edəcək onda necə?.. 
 
İmtahan günü uğur qazanmaq üçün imtahana qədər olan mərhələdə özünü gümrah,pozitiv tutmağın şərtdir. İdmanla məşgul olmaq fiziki saglamlıq üçün nə qədər vacibdirsə, zehni sağlamlıq üçün də edilməli idmanlar var. Hansılardır, açıqlayıram, hazırsan? 
 
♦ Özünə inam- İstər aynaya baxarkən özünə,istərsə də dost,qohumların yanında onlara özünə inandığını söyləməkdən çəkinmə.Bunu dəfələrlə və inamla söylə.Mən bacaracam,filankəs bacarıbsa mən də edərəm,mənim zehnim kifayət qədər güclüdür və digər özün qura biləcəyin cümlələri tez-tez təkrarla Enerjinin neqativdən pozitivə çevriləcəyinə qaranti verirəm 
♦ Dua etmək- Dinin hec bir fərqi yoxdur.Əminəm ki,həyatında bir dəfə də olsun əlini göyə qaldırıb dua etmisən.Qaldirmasan da fərq etməz,içindən kecirdiyin dua,dilək belə kifayətdir.Tanrıdan güc,qüvvət istəmən,onu sevdiyini bildirmən,hər şeyə görə ona minnətdarlıq duyman və bunları hər günün sonu və ya başlanğıcı zamanı etməyin enerjini neqativdən pozitivə çevirəcək 
♦ Müntəzəm və sistemli çalışmaq- 'Mən hamıdan çox oxumuşdum, lakin ən az bal aldım” deyənləri çox eşitmişik. Əsas nəqədər oxuduğun deyil,necə,hansı aralıqda oxumağındır.Oxuduqlarını qeyd et, təkrar et,gecə yuxusuz qalıb oxuyub sonra unutmaqdansa, gündüz ayıq zehinlə planlı şəkildə oxu. 

Bu da bonus məsləhətlərim; 
1. Mütləq tezdən qalxmağa çalış ki, daha çox zamanın olsun. Günorta oyananda bir də görürsən ki, gün bitdi. 
2. Ac qalma. Ac olmaq baş ağrısı yaradır, beyin yaxşı çalışmır, fikri cəmləmək çətinləşir. 
3. Günü planla. Neçə dəqiqə çalışacağına qərar ver, fasiləyə də mütləq vaxt ayır. 
4. Su iç mütləq. Hər cəhətdən faydalı olduğunu məncə, bilirsən. 
5.Son amma ən önəmlisi. Özünə güvən! Beynini qazanmağa kodla! Cəhd et, hər şey alınacaq! 

Və ən əsası unutmayaq, bu həyat hərkəsə bir dəfə verilir, lakin imtahan vermək üçün kifayət qədər vaxtımız var. İmtahan vermək, universitet oxumaq,ali təhsil almaq hər yaş dönəmində mümkündür. İmtahandan uğursuz çıxmağı faciəyə döndərmə.Çox təəssüflər olsun ki, son vaxtlar imtahandan kəsildiyi üçün intihar edən gənclərimiz oldu.Onların bu yola əl atmalarına səbəb ailəsindən,dostlarından və ya qohumlarından eşidə biləcəkləri tənqid və ya təhqirdir. Güvənsizlik, utanmaq, cəmiyyət qarşısına çıxmaq qorxusu da bu səbəblərə aiddir. Lakin unutmaq olmaz ki, intihar hələ çıxış yolu deyildir. İmtahan həyatın sonu deyildir, həyatın sonu qorxularınla üzləşə bilməyib onlardan qaçdığın an baş verir. Tanrının sənə bəxş etdiyi həyatı başqalarına görə deyil,özün üçün yaşa...

Məni izləyin