Kitab oxumaq başqa bir dünyaya açılan qapı kimidir. Bizi bilinməyən yerlərə, böyük ölkələrə,kəşf edilməmiş mənzərələrə aparar.
Kitab oxumaq qədər möhtəşəm bir şeyi zamanla unutduğumuz üçün isə şikayətlənirik. Unutmayaq ki, beynimiz hər şeyi xatırlamağa məcbur deyil. Fotoqrafiya yaddaşı olan nadir şəxslərdən biri olmadığımız müddətdə, oxuduğumuz,gördüyümüz məzmunun tez bir zamanda solması ehtimalı böyükdür. Oxuduğun şeyləri və izlədiyin filmləri tez-tez unudursansa, tək deyilsən. Əgər sadaladığım şəraitdə kitab oxuyanlardansansa, demək oxuduqlarını unutmağına səbəb olan şeylər budur;
1. Gecə saatlarında oxumaq;
2.Yorğun, yuxulu vəziyyətdə oxumaq;
3. Ac ikən oxumaq;
4. Qaranlıqda oxumaq;
5. Uzanıqlı vəziyyətdə oxumaq;
6. Səsli mühitdə oxumaq;
7. Oxuyarkən fikrin gəzintidə olması
Yuxarıda yazılanlarını əksini etməkdən ziyadə, oxuduqlarınızın heç olmasa əksəriyyətinin xatırlanması üçün edəcək 4 yolu təqdim edirəm. Hazırıq?
1. Oxuyarkən 'bu cümlə möhtəşəmdir,heç zaman yadımdan çıxmaz' deyənlərdənsənsə, DUR! O unutmaram dediklərinin hansını xatırlayırsan? Beynin qeyd dəftərçəsi deyi! Bunun üçün kitab oxuyarkən yanında not dəftəri olsun, o möhtəşəm cümlələri, obrazların adlarını və s.yazmağı vərdiş halına gətir.
2. Kitabı bağlayandan sonra dostlarınla müzakirə et, təhlilini apar.
3. Kitabı bitirdikdən sonra sual yarat və onlara cavab tapmağa çalış.Məsələn, Niyə mən bu kitabı oxudum? Kitabın verdiyi mesaj nə idi ? Yazıçı burada nə demək istəyirdi? və s.
4. Bir neçə həftə və ya ay sonra kitaba yenidən qayıtmağı, üzərindən keçməyi unutma.
Əgər indi burda yazılanları tətbiq etməsən, bir yerə yazmasan unudacaqsan. Plansız və fərqində olmadan oxumağın və ya film izləməyin sadəcə zaman itirməkdir. Ona görə də bu yazılanları dəyərləndir və kitablara yenidən xatırlanmaları üçün bir şans ver. Onlar sənin dünyaya baxışını dəyişdirmək və yeni macəralara aparmaq üçün rəfdə səbirsizliklə səni gözləyirlər