“Hər şey müvəqqətidir; Duyğular, düşüncələr, insanlar və mənzərə. Asılı olma,sadəcə onunla hərəkət et”.
Həqiqətən bu barədə düşünəndə, bu həyatda qalıcı olan tək şeyin dəyişim olduğunu görürsən. Bu cümləni oxumağından bir neçə dəqiqə sonra da hər şey dəyişəcək. Zaman, çöldəki buludlar və bəlkə də əhvalın. Biz, insan olaraq ətrafımızdakı dünya kimi, daim inkişaf edirik.
Hər an necə hiss etdiyimizə bağlı qalmaq əvəzinə, özümüzə xatırlada bilərik ki, “bu da keçəcək”. Mənfi emosiyalar üçün əsl rahatlamadır, müsbət emosiyalar üçün isə hiss etdiyimiz emosiyaların xoşbəxt hisslərinə yapışaraq indiki andan zövq almağımıza kömək edir.
Nə qədər kədərli görünsə də, həyatımızda olan insanlar da müvəqqəti ola bilər. Hər birimizin həyatında son istifadə tarixi var. Bu şərtlərlə düşünməyə başlayanda ətrafımızdakı insanların yalnız müəyyən bir müddət ərzində orada olduqlarını görə bilərik. Bu, bizə daha mənalı əlaqələr qurmağa kömək edir, ətrafımızda olan insanlara daha çox qiymət verməyi öyrədir.
Mən atamı itirəndə bundan daha betər hiss ola bilməz deyirdim və düşünürdüm ki,o hadisə gözümdə canlananda dəli kimi olacam. Amma yox, o hisslər gedib, indi yerini şükür və minnətdarlıq hissi alıb. O cür insanla birlikdə gözəl münasibətdə olduğum və xoş anlar üçün ancaq təşəkkür edə bilirəm.
Həyatın gözəl tərəfi odur ki, bundan sonra nə olacağını heç vaxt bilmirik. İstəsək də, istəməsək də hər şey bir göz qırpımında dəyişə bilər. Biz burada, indi, elə bu anda olanlardan həzz almağı öyrənməliyik. Qarşımızda olana görə minnətdarlıq hissini inkişaf etdirməliyik. Başa düş, işlərin pis getdiyini hiss etdikdə, onlar da bir anda tərsinə dönə bilərlər.
Bu mənə xatırladır ki, heç vaxt bir şeyə və ya insana çox bağlanma. Gəl, diqqətimizi indiki məqama yönəldək, çünki bu, həqiqətən sahib olduğumuz yeganə şeydir. Hər an yanımızdan keçir və dəyişir və bəzən yavaş görünsə də, saat çox sürətli işləyir.
Bizi xoşbəxt edən şeyə bacardığımız qədər möhkəm yapışmalıyq. Unutmayaq ki, problemlər problem olaraq qalmır, onlar həmişə başqa bir şeyə çevrilir; bir dərs, fikir və ya yeni bir həyat tərzi.
Bu gün nə edəcəksən? Çünki bu gün müvəqqətidir və tezliklə dünən olacaq. Elə indi artıq bizə xidmət etməyən şeylərin zərif şəkildə getməsinə imkan verək.
Həyatı hər an doya-doya yaşa. Bədəninə və ağlına bildiyin ən yaxşı şəkildə qayğı göstər, çünki bu, səndə olan yeganə şeydir. Səni işıqlandıran şeylərdən xəbərdar ol və daha çox vaxtını,enerjini səni yaxşı hiss etdirən əşyalara, insanlara və ya yerlərə sərf et.