Afsana Shukur

Qoca və dəniz əsərindən ibrətlik dərs

Povest yazarın son əsəridir. Ümidi, qalibiyyətlə savaşı özündə cəmləşdirir və bizə həyat dərsi verir. 
 
Böyük xəyallarımızı gerçəkləşdirmək üçün hamımızın yalnız olduğu gerçəyini təkrardan üzümüzə vuran əsərdir. Hər nə qədər bizim çox sevdiyimiz və ya bizi sevən insanlar olsa da uğur nərdivanının yalnız çıxılması lazımdır. 
Kitabda yaşlı adam bizik,dəniz- həyat, böyük balıq da böyük xəyallarımız. O böyük xəyallar üçün böyük risklər aldı Santiaqo..... 
 
"Balıq necə balıq olmaq üçün yaradılmışsa, mən də balıqçı olmaq üçün yaradıldım" deyərək ovladığı balıqdan belə üzr istəyən yaşlı adam böyük xəyalına çata bildimi? 🌊 
Axıcı və sadə dildə yazılmış kiçik həcmli əsərdir. Əsərdən dərs alacağımız çoxlu şeylər var. Ən sevdiyim cümlələri paylaşıram. Mütləq oxunacaqlar siyahınızda olsun. 
Xoş mütailələr:
 
"Okean bu qədər vəhşi və qəddar olduğu halda yazıq quşlar niyə bu qədər incə və gözəl yaradılır ki ?" 
 
"Həyatda ən gözəl şey bütün qüsurlarınızı bilən, amma yenə də sizi möhtəşəm hesab edən birinin olmasıdır." 
 
"...Bunu ucadan demədi; çünki yaxşı şeylər ucadan deyilsəydi olmaya bilərdi." 
 
"İnsan məğlub olmaq üçün yaradılmamışdır. Adəm oğlu məhv olur, ancaq məğlub olmaz." 
 
“Ümidsiz olmaq nə qədər absurd bir şeydir! Üstəlik bu günahdır." 
 
"Hər gün yeni bir başlanğıcdır. Əlbətdə insanın bəxtə də ehtiyacı var. Ancaq əvvəlcə lazım olanı etməlidir ki, şans qapını çalanda hazır olasan!" 
 
"Hər halda" deyə düşündü, "Hər kəs hər şeyi öldürür". 
 
“Bəxt insanın qarşısına bir çox formada çıxır. Onu kim tanıya bilər? .. " 
 
"Dinlən, balaca quş" dedi. "İstirahət et və hər insan, hər balıq, hər quş kimi taleyinin qollarına düş. Onsuz da ondan qurtuluş yoxdur." 
 
"Çətin tapılan şeylər bəzən tez itirlər." 
 
"Satılan bir yer varsa, gedib "Şans "almaq istərdim" dedi. "Bəs nə ilə alardım?" - deyə öz-özünə soruşdu. "İtmiş zıpkın, qırıq bıçaq və yararsız olan iki əlləmi? .." 
 
"Niyə olmasın? .." dedi. “Dənizdə keçirdiyin səksən dörd gün, onu əldə etmək üçün mübarizə apardın. Sən də buna az qala müvəffəq oldun ... " 
 
".. Borc almağı sevmirəm. Bir dəfə borc almağa alışırsan, sonra dilənirsən."

Məni izləyin