Afsana Shukur

Şanslı olmağın sirrləri

Sənə üzücü xəbər vermək istəməzdim,amma bunu deməməyim sənin həyatın üçün təhlükə yarada bilər! 

Bilirsənmi,'şans'ın ayaqları yox imiş! Sən demə 'şans bir gün mənə doğru gələcək' xülyaları ilə bunca zaman boşuna gözləmişik! Yaxşı bəs 'filankəsin çox yaxşı bəxti/ şansı var axı' hər dəfəsində şahid oluram, belə çıxır ki, şansı gedib mən almalıyam? Üzgünəm, amma daha pis xəbər odur ki, şans yoxdur, daha dəqiq desək, o, orada durub hazır səni gözləmir. Lakin bunu da deyib, səni sevindirmək istəyirəm. Şansı sən özün yaradırsan, bəli,bəli öz şansını özün yarada bilərsən! O doğuşdan kimsəyə lütf edilmir. Məsələn, qəpik atdığımız zaman, seçdiyin tərəfin gəlməsi sənin şanslı olub olmadığınla bağlı deyil.Bu, qəpiyi tutmağımızdan, onu atdığımız mühitdən,qəpiyin formasından, ona verdiyimiz enerjidən asılıdır. Bunları hesablayaraq istədiyimiz nəticəni ala bilərik,amma insan beyni bunu edəcək gücə sahib deyil. 

Məşhur golfçu Gary Player : "Nə qədər çalışarsam,o qədər şanslıyam " demişdir. 
Yəni,yalnız cəhd edərək,çalışaraq şəxsi və sosial həyatına şans gətirə bilərsən.Daha aydın demək gərəkirsə,ova gedən biri günlərcə ovlamaq üçün çalışsa və az sayda ovlasa,evdə oturandan birindən daha şanslı olmazmı? Və ya dovşan ovlamaq üçün meşələrə üz tutan və gündə sadəcə 1 dovşan vursa belə, evdə oturaraq ov xəyalı quran birindən daha şanslıdır. 

Harada, hansı ailədə, hansı şərtlərlə doğulduğun deyil,həmin imkanlarınla nə dərəcədə uğurlu olduğundur vacib olan.Yəni,mövcud vəziyyəti - şansızlığı,durumunu çalışaraq,zamanla dəyişə bilmək qabiliyyətinə sahibsən. 

İçimizdə ortaya çıxmasını gözləyən bacarıqlar yatır. Necə ki,Anthony Burgersə 1 il içində xərçəngdən öləcəyi ilə bağlı diaqnoz qoyulmuşdu.Sırf həyat yoldaşına özündən geriyə xatirə buraxmaq üçün 1 il ərzində romanlar yazdı, şöhrət qazandı və üstəlik beynindəki şişdən də qurtuldu.Ona 'ölüm cəzası' verilməsəydi istedadından xəbərdar olmayacaqdı. Səncə bu onun şanslı olduğundanmı irəli gəlir? 

Sən də cəmi 1 il yaşama haqqın olduğunu bilsəydin həyatında nələri dəyişərdin? .... 

Edəcəyin tək şey iradə,əzm və qərarlıq göstərərək biçarə taleyinə yardım etmək.Şansını yarat! Şanslı ol!

Məni izləyin